Bakıda 26 yaşlı gənc özünü asdı

2-11-2016, 01:37           
Bakıda 26 yaşlı gənc özünü asdı
Bakıda intihar hadisəsi baş verib.

teref.az apa-ya istinadən xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə bu gün Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb. Orada yaşayan, 1990-cı il təvəllüdlü Nadir Mikayıl oğlu Əliyev yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Onu da əlavə edək ki, bir uşaq atası olan N. Əliyev əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru