Gəncədə bıçaqlanma olub.APA-nın verdiyi məlumata görə, şəhər sakini 1984-cü il təvəllüdlü Mahmudov Nofəl Elxan oğlu qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, N. Mahmudov özü-özünü bıçaqlayıb.