Dollar sürətlə ucuzlaşmağa başlayıb

14-06-2017, 20:05           
Dollar sürətlə ucuzlaşmağa başlayıb
ABŞ-da bu gün, iyunun 14-də açıqlanan inflyasiya göstəriciləri dolların kəskin ucuzlaşmasına səbəb olub.
"Report" xəbər verir ki, istehlıak qiymətlərinin baza indeksi may ayında aylıq müqayisədə 0,1% artıb. Analitiklərin gözləntiləri bu göstəricinin 0,2% artacağını göstərib. İllik müqayisədə isə bu göstərici 1,9% proqnoz verildiyi halda 1,7% artıb. Yəni, artıq 3-cü aydır ABŞ-da inflyasiya 2%-i ötə bilmir. Bununla yanaşı, pərakəndə satışın baza indeksi mayda aylıq müqayisədə 0,3% azalıb. Halbuki satışın 0,2% artacağı proqnozlaşdırılırdı.
Nəticədə, qlobal valyuta bazarında dolların məzənnəsi kəskin azalmağa başlayıb. Belə ki, hazırda əsas valyuta cütlüyündə (avro-dollar) vahid Avropa valyutasının məzənnəsi 0,5% artaraq 1,1265 USD/EUR səviyyəsinə çatıb. FED-in hətta bu gün uçot dərəcəsini artırarsa, dollarda ucuzlaşmanın davam edəcəyi ehtimalı artır. Qısa müddət ərzində əsas valyuta cütlüyü 1,1330 USD/EUR, orta müddətdə isə 1,15 USD/EUR-a qədər bahalaşa bilər. Lakin, uzunmüddətli perspektivdə dolların möhkələnəcəyi şübhəsizdir. Bunun üçün ABŞ-da uçot dərəcəsinin 2% həddini ötməsi lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru