Aeroportda nazirin arvadının qızıllarını oğurladılar - QALMAQAL

10-08-2017, 22:18           
Aeroportda nazirin arvadının qızıllarını oğurladılar - QALMAQAL
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun xanımı soyulub.

Lent.az-ın Sözcü-yə istinadən məlumatına görə, Çavuşoğlu ilə birlikdə Filippində Asiya ölkələri xarici işlər nazirlərinin görüşünə qatılan Hülya Çavuşoğlunun qızılları hava limanında oğurlanıb.

Olay Ninoy Aquino Beynəlxalq hava limanında baş verib. Baş verən faktla bağlı 4 nəfər tutulub.

Araşdırmalar nəticəsində qızıl-gümüş qutusunun baqaj yükləyənlərdən birinin şkafında olduğu aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru