Təyyarə bu qadına görə təcili eniş etdi

16-08-2017, 09:01           

Mahaçqala-Moskva reysi ilə uçan “Pobeda” loukosterinə məxsus təyyarə Volqoqradda təcili eniş etmək məcburiyyətində qalıb.

Virtualaz.org xəbər verir ki, ekipajın belə qərar qəbul etməsinə səbəb uçuş zamanı sərnişin qadının siqaret çəkməsi olub.

Mənbə bildirir ki, planlaşdırılmamış eniş təyyarənin mənzil başına 40 dəqiqə gec çatmasına səbəb olub. Məcburi enişlə bağlı bütün xərclər uçuş qaydalarını pozmuş sərnişinə yönəldiləcək. Bunu isə “Pobeda” aviaşirkətinin mətbuat katibi Yelena Selivanova deyib.

Siqaret çəkən qadın rəfiqəsi ilə birlikdə Volqoqradda düşürülüb və polisə təhvil verilib.

Qeyd edək ki, bu, son iki ay ərzində “Pobeda”nın Moskva-Mahaçqala reysində üçüncü analoji haldır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru