Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 90,1 milyon kubmetr təbii qazdan istifadə edilib.
Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, bu ilin altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə təbii qazdan 3,1 faiz çox istifadə olunub.