Ötən gün Günəşdə daha bir böyük partlayış baş verib. Bu barədə "GOES-15" peykinin ötürdüyü məlumatlara istinadən xəbər verilib. Günəşdəki bu dəfəki partlayış Х aktivliyində qeyd olunub. Qeyd edək ki, sentyabrın 6-da Günəşdə son 12 ilin ən güclü partlayışı baş vermişdi. Alimlərin fikrincə, baş vermiş bu hadisə Günəş nüvəsində baş verən dəyişikliklərin qanunauyğun nəticəsidir. (trend)