Azərbaycanda vəzifəli şəxs FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

8-09-2017, 11:59           

Bərdədə ağır yol qəzası baş verib.

teref.az Lent.az-a istinadən xəbər verir ki, Bərdə-Ağdam yolunda "Mercedes E240” markalı avtomobil Bərdə Qan Bankının bölmə müdiri, 1959-cu il təvəllüdlü İbrahim Muradovu vurub. Ağır xəsarət alan bölmə müdiri xəstəxanada vəfat edib.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi açılıb, hadisəni törədən sürücü saxlanılıb.

Qeyd edək ki, İ.Muradovun rəhbərlik etdiyi qan bankı cəbhədə yaralanan hərbçilərin müalicəsində müstəsna rol oynayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru