Məhkəmə Heydər Əliyevin Gəncə sakininə verdiyi evi özünə qaytardı - GəncəBank hüquq qarşısında rəzil oldu

11-08-2015, 21:51           
Məhkəmə Heydər Əliyevin Gəncə sakininə verdiyi evi özünə qaytardı - GəncəBank hüquq qarşısında rəzil oldu
Gəncə Apelyasiya Məhkəməsində hakim Azər Bayramovun sədrliyi ilə Vaqif Əliyevin “Gəncəbank”a qarşı şikayəti üzrə apelyasiya şikayətinə baxılıb. Məsələ bundadır ki, mərhum prezident Heydər Əliyev fədakar əməyinə və çoxuşaqlı ata olduğu üçün Gəncə sakini Əli Əliyevə ev verib. Həmin ev isə “Gəncəbank”da baş verən saxtakarlıqlarla onun oğlu V.Əliyevin əlindən alınıb. Ə.Əliyevin 7 ailə üzvü bu gün Gəncədə kirayələrdə yaşayırlar. Bununla bağlı Vaqif Əliyev Gəncə şəhər Nizami rayon Məhkəməsinə üz tutub. Məhkəmə “Gəncəbank”da baş verənləri araşdırmadan iddiaçının ziyanına qətnamə çıxarıb. Bundan sonra V.Əliyev Gəncə Apelyasiya Məhkəməsinə üz tutub. V.Əliyevin vəkili Əziz Qənbərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, iş üzrə apelyasiya instansiyasında obyektiv və hərtərəfli araşdırma aparılıb. Nəticədə vətəndaşın saxtakarlıqla əlindən alınan əmlakı özünə qaytarılıb. Məhkəmə V.Əliyevin mülkünün özgəninkiləşdirilməsi ilə bağlı alqı-satqı və ipoteka müqaviləsini ləğv edib, mülk öz sahibinə qaytarılıb.
Qeyd edək ki, bundan əvvəl Gəncənin Kəpəz Rayon Məhkəməsi “Gəncəbank”ın qanunsuzluqla ələ keçirdiyi Natalya Kərimovanın mülkiyyətində olan “Nataşa” gözəllik salonu özünə qaytarılıb. Həmin salon 2002-ci ilin yanvarın 11-də Kəpəz rayon Məhkəməsinin qiyabi qətnaməsinə əsasən özgəninkiləşdirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.