Bakının 14 yerində taksi dayanacağına qadağa qoyuldu – SİYAHI

12-08-2015, 11:26           
Bakının 14 yerində taksi dayanacağına qadağa qoyuldu – SİYAHI
Bakıda əhalinin sıx məskunlaşdığı ərazilərdə şəxsi vətəndaşların taksi fəaliyyətilə məşğul olması qadağan edildi.

Nəqliyyat Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yeni qərara görə, paytaxtın 14 yerində vətəndaşlar şəxsi avtomobillərilə taksi xidməti göstərə bilməyəcəklər. Onlara insanların sıx olduğu ərazilərdə dayanmaq qadağan ediləcək.

Həmin ərazilərdə ancaq "London taksi”ləri buraxılacaq. Yeni qərara görə, əsasən "Həzi Aslanov”, "Əhmədli”, "Neftçilər”, "Xalqlar dostluğu”, "Qara Qarayev, "Koroğlu”, "Gənclik”, "28 may”, "Xətai”, "İçərişəhər, "Sahil”, "Azadlıq Prospekti”, "20 yanvar” metrostansiyaların yaxınlığı və "Beşmərtəbə” kimi tanıdığımız ərazidə şəxsi avtomobillə taksi xidməti göstərənlərin dayanması qadağan edilib.

Qurumdan həmçinin bildirilib ki, tədricən paytaxtda şəxsi avtomobillə taksi xidməti göstərənlər digər ərazilərdən də yığışdırılacaq. Taksi fəaliyyətilə məşğul olmaq istəyənlər yalnız qeydiyyatdan keçən şirkətlərə müraciət edə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.