Nəqliyyat Nazirliyi şəxsi taksiləri ləğv edir

13-08-2015, 12:49           
Nəqliyyat Nazirliyi şəxsi taksiləri ləğv edir
Bakının bəzi yerlərində özəl taksilərin fəaliyyətinə qadağalar qoyulur. Bu qərarı Nəqliyyat Nazirliyi qəbul edib. Nazirlik 14 yer müəyyən edib ki, orada vətəndaşların şəxsi nəqliyyatdan taksi xidmətləri göstərməsi qadağan edilir.

Sözügedən yerlərdə yalnız “London taksiləri” işləyə bilər. Qadağa qoyulan zonalar bunlardır: “Həzi Aslanov”, “28 May”, “Xalqlar dostluğu”, “Gənclik”, “Xətai”, “Azadlıq prospekti”, “İçərişəhər”, “Sahil”, “Neftçilər”, “Əhmədli”, “Qara Qarayev”, “Koroğlu”, “20 yanvar” metro stansiyaları, həmçinin “Beşmərtəbə” və “Qış bulvarı” parklarının yanı.

Amma şəxsi taksilərə qarşı tədbirlər bununla bitmir. Yalnız qeydiyyatdan keçmiş şirkətlərin sürücüləri taksi işlədə bilər.

Qeyd edək ki, polis və Nəqliyyat Nazirliyinin əməkdaşları sözügedən ünvanlarda şəxsi taksi sürücülərini sıxışdırmağa başlayıblar ki, bu da sürücülərin narazılığına və etirazına səbəb olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.