Bakının məşhur saraylarından birində ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, avqustun 12-də "Gülüstan" sarayında mexanik vəzifəsində işləyən 1952-ci il təvəllüdlü Rutskov Sergey Yuryeviç qəfil vəfat edib. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası S.Rutskovun ürək çatışmazlığından öldüyünü bildirib. Araşdırma aparılır.