Jurnalistin həkimi yenə dindirildi

13-08-2015, 15:27           
Jurnalistin həkimi yenə dindirildi
Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişən jurnalist Rasim Əliyevi əməliyyat edən professor Saday Əliyev yenidən Bakı Şəhər Prokurorluğunun müstəntiqləri tərəfindən dindirilib. Professor "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

Keçən dəfəki dindirmədən fərqli olaraq (ötən dəfə professor 1 saylı Kliniki Tibbi Mərkəzdə dindirilib - "Report") S.Əliyev bu dəfə Bakı Şəhər Prokurorluğuna çağırılıb və orada dindirilib.

Bu gün isə əməliyyatda iştirak edən digər həkim heyəti də ikinci dəfə dindiriləcək.
Özünün həbs olunma ehtimalına gəlincə, S.Əliyev bu barədə danışmaq istəmədiyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru