Azərbaycan maşınları Rusiyaya buraxılmır — FOTO

15-08-2015, 22:37           

Azərbaycan-Rusiya sərhədində böyük tıxac yaranıb.

Azərbaycanın Rusiya ilə sərhədində yerləşən "Samur" gömrük buraxılış məntəqəsindən keçən avtomobillər Rusiya ərazisinə daxil ola bilmirlər. Nəticədə Samur çayı üzərində yerləşən körpünün neytral hissəsində xeyli avtomobil yığılıb və tıxac yaranıb. Bu isə əhalinin gediş-gəlişində ciddi çətinliklərə səbəb olub.

Rəsmilər deyiblər ki, sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində texniki problemlər mövcuddur və avtomobillərin buraxılması faktiki dayandırılıb.

Məsələ ilə bağlı Rusiya tərəfdən heç bir açıqlama verilməyib.

Azərbaycanın Rusiya ilə sərhədində yerləşən digər gömrük buraxılış məntəqələrində isə heç bir çətinlik yoxdur. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru