35 yaşlı süpürgəçi faciəli şəkildə öldü- Azərbaycanda

16-08-2015, 20:31           

Göygöl şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.


“Qafqazinfo”nun lent.az-a istinadən məlumatına görə, 1995-ci il təvəllüdlü Nəcəfov Nizami Abbas oğlu "VAZ 2121" (Niva) markalı maşınla yolu süpürən 1980-ci il təvəllüdlü İsmayılova Leyla Saday qızını vurub. Nəticədə piyada yerindəcə keçinib. Qəzanı törədən şəxs hadisə yerindən qaçsa da, sonradan onun şəxsiyyəti müəyyənləşdirilib.

Qeyd edək ki, süpürgəçi qadını vurub öldürən gənc sürücü Göygöldəki üzümçülük təsərrüfatının briqadiridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru