Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına fəxri adlar verildi

17-08-2015, 13:25           
Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına fəxri adlar verildi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin 2 əməkdaşına fəxr adların verilməsi bağlı Sərəncam imzalayıb.

Trend xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin ”Sərhədçi” jurnalında və qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant Elşən Sultanəli oğlu Məmmədova “Əməkdar jurnalist” fəxri adı, Dövlət Sərhəd Xidmətində səhiyyənin inkişafında xidmətlərinə görə Arif Araz oğlu Qasımova “Əməkdar həkim” fəxri adı verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru