Beyləqan sakini qohumunu güllələdi

17-08-2015, 15:29           
Beyləqan sakini qohumunu güllələdi
Beyləqan rayonunda silahlı insident olub.

Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, avqustun 15-də Beyləqan rayonunun Qaradağlı kəndində kənd sakini Lətif Bəyişov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qohumu Xəqani Bəyişova xəsarət yetirib.

Yerli polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Bəyişov tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi “TOZ” markalı tüfəng götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru