Bakıda supermarketi keçmiş əməkdaşı soydu

6-02-2018, 00:22           
Bakıda supermarketi keçmiş əməkdaşı soydu
Yasamal rayonu ərazisindəki marketlərdən birinin müdiri 29-cu Polis Bölməsinə müraciət edərək oradakı seyfdən 6050 manatın oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluq hadisəsinin əvvəllər orada işləmiş şəxs tərəfindən törədilməsi müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Xırdalan şəhər sakini Cavanşir Səfərov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru