"Xanım, siz bilmirsiniz ki, Alışanovun vücudu ilə idarə olunan heç bir televiziyaya müsahibə vermirəm?"

10-04-2018, 13:50           
"Xanım, siz bilmirsiniz ki, Alışanovun vücudu ilə idarə olunan heç bir televiziyaya müsahibə vermirəm?"
Millər vəkili Fazil Mustafa Azərbaycan Dövlət Televiziyasının rəhbəri Akif Alışanova qarşı çıxıb.

BiG.AZ xəbər verir ki, millət vəkili Fazil Mustafa Akif Alışanovun idarəçiliyində olan heç bir televiziyaya müsahibə vermədiyini bildirib:

"Səhər- səhər bir xanım bir az çətin anlaşılacaq səslə zəng edib ki, Fazil bəy ictimai televiziyadandır və sizdən gündəmə dair müsahibə götürmək istəyirəm. Cavabım dərhal və kəsə oldu: Xanım, siz bilmirsiniz ki, Alışanovun vücudu ilə idarə olunan heç bir televiziyaya artıq mən dəyərli vaxtımı sərf edib müsahibə vermirəm? Xanım jurnalist gülümsəyərək cavabında dedi: Bəy, narahat olmayın, biz Gürcüstanın İctimai televiziyasındanıq, sizin fikirlər maraqlı olduğuna görə oradakı soydaşlarımızla bağlı düşüncələrinizi almaq istədik. Razılıq verdim. Çünki ağılla idarə olunan televiziyalara diqqətsizlik etmək xarakterimdə yoxdur."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.