"Biz ikimiz də universiteti yox, parlamenti seçdik” - AÇIQLAMA

16-09-2015, 17:51           
"Biz ikimiz də universiteti yox, parlamenti seçdik” - AÇIQLAMA
“Belə bir hadisə ilə mən də üzləşmişəm. 1995-ci ildə Bakı Dövlət Univeristetinin prorektoru olan zaman mənə məlumat gəldi ki, ya univeristetdə qalmalıyım, ya da parlamentə getməliyəm. Dövlət İdarəçilik Akademiyasının prorektoru olmuş Nazim İmanova da belə bir xəbərdarlıq almışdu, biz ikimiz də universiteti yox parlamenti seçdik”.

Bunu Hafta.az-a verdiyi açıqlamasında Bakı Dövlət Univeristetinin keçmiş prorektoru, eks millət vəkili Şahlar Əsgərov deyib.

Şahlar Əsgərov rektor deputatlarla bağlı verilən qərarı doğru hesab etdiyini bildirib:

“Bu bütün dünyada qəbul olunmuş normadı, mən bu qərarı alqışlayıram. Deputatlıq da rektorluq da çətin və məsuliyyətli vəzifədir. Bunların hər ikisini eyni zamanda icra etmək, hər iki sahədə də uğur qazanmaq çox çətindir. Ona görə, belə hesab edirəm ki verilən, qərar doğrudur. Hesab edirəm ki, bu gün Azərbaycanda çox yaxşı mütəxəsislər var. Təhsil sahəsində fəaliyyətini bitirib parlamentə gedən şəxsləri bu mütəxəsislər uğurla əvəz edə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.