Köçəryan azadlığa çıxdı

13-08-2018, 18:11           
Köçəryan azadlığa çıxdı
Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanı azadlığa buraxıb. Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, vəkil Ruben Saakyanın sözlərinə görə, məhkəmə müəyyən edib ki, Robert Köçəryan toxunulmaz şəxsdir.

Jurnalistlərlə söhbətində Robert Köçəryanın vəkillərindən biri Ruben Saakyan deyib ki, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edib və keçmiş prezidentin toxunulmazlığını nəzərə alaraq, ilk instansiya məhkəmənin qərarını ləğv edib. “Robert Köçəryan artıq məhkəmə binasından çıxıb”, - vəkil qeyd edib.

Xatırladaq ki, Köçəryan iyulun 28-də məhkəmənin qərarı ilə həbs edilmişdi. O, 2008-ci ildə konstitusiya quruluşunun devrilməsində ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru