Almaniyada sincab polis tərəfindən saxlanıldı - QƏRİBƏ SƏBƏB

14-08-2018, 07:14           
Almaniyada sincab polis tərəfindən saxlanıldı - QƏRİBƏ SƏBƏB
Almaniyanın Karlsruh şəhərində bir nəfərin arxasınca düşən sincab polis tərəfindən saxlanılıb.

Publika.az xəbər verir ki, parkdan keçərkən arxasınca düşən sincabdan qorxan şəhər sakini polisə müraciət edib.

Polis isə sincabı yorulana qədər təqib edib.

Karlsruh polis bölməsinin sözçüsü Kristina Krenz analarını itirən sincabların anaları kimi gördüyü insanlara bağlandıqları və onlardan qayğı görmək istədiklərini bildirib.

Polis saxlanılan sincabı adyala büküb və ona yemək verib. Daha sonra heyvan düşərgəsinə aparıb.

Qeyd edək ki, iyul ayında Nyu-York şəhərində yerləşən Prospekt parkında bir sincab 5 nəfərə hücum etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru