İrəvan Bakıdan erməni kəşfiyyatçını istəyir – XİN-dən açıqlama

14-08-2018, 12:33           
İrəvan Bakıdan erməni kəşfiyyatçını istəyir – XİN-dən açıqlama
Ermənistan tərəfi Bakıda saxlanılan Karen Qazaryanın qaytarılması üçün işləri davam etdirir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan mətbuat konfransında bildirib.

XİN nümayəndəsi qeyd edib ki, mümkün olan ən qısa müddətdə Karen Qazaryanı qaytarmaq üçün bütün mümkün tədbirlər görülür.

Xatırladaq ki, iyul ayında Ermənistanın Tavuş rayon sakini Berdavan kənd sakini, 1984-cü il təvəllüdlü Karen Qazaryan Azərbaycan sərhədlərini keçərkən saxlanılıb.

O, Ermənistan Silahlı Qüvvələrinin sabotaj və kəşfiyyat qrupunun qulluqçucudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru