Yapon şirkəti müsəlman xanımlar üçün hər cür havaya uyğun namaz geyimi buraxdı-FOTOLAR

30-08-2019, 09:19           
Yapon şirkəti müsəlman xanımlar üçün  hər cür havaya uyğun namaz geyimi buraxdı-FOTOLAR
Yaponiyanın “Takva” şirkəti müsəlman xanımlar üçün istənilən hava şəraitində ibadət edilə bilinəcək praktik, isti və suya davamlı parkaların(baş örtüyü bənd edilmiş, uzun və isti üst geyimi) buraxılışına başlayıb.

Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, qeyri-sabit iqlimi olan regionlar üçün hazırlanan namaz geyimi yalnız əba və isti üst geyiminin keyfiyyətlərini özündə cəmləşdirmir. Həmin paltar eyni zamanda uyğun olmayan yerlərdə, məsələn, tez-tez namaz qılmaq məcburiyyətində qalan səyahət edənlər üçün idealdır. Parka su buraxmayan materialdan hazırlanıb. Bu geyim modeli namazda bədənin örtülməli olan bütün hissələrini tamamilə əhatə edir. O, əşyalar arasında çox yer tutmur və kompakt şəkildə xüsusi bir çantaya yığılması mümkündür.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru