Ermənistanda cəsədi zibillikdən aşkarlanan körpənin anası saxlanılıb

1-09-2019, 09:24           
Ermənistanda cəsədi zibillikdən aşkarlanan körpənin anası saxlanılıb
Ermənistan polisinin əməkdaşları şənbə günü cəsədi Gümrü şəhərindəki zibilliklərdən birində aşkarlanmış körpənin anasının kim olduğunu müəyənləşdiriblər.

Bu barədə "Report" RİA"Novosti"yə istinadən xəbər verir.

Ermənistan polisinin mətbuat xidmətindən bildirilib ki, hadisə haqqında informasiya Gümrünün Muş rayon Polis Bölməsinə daxil olub. Asayiş keşikçilərinin məlumatına görə, əraziyə yollanmış operativ qrup zibillikdə əlləri və ayaqları yapışqan lentlə bağlı təxminən bir yaşlı qızın cəsədini aşkarlayıb.

"Polis əməkdaşları tərəfindən keçrilmiş operativ-axtarış tədbirləri nəticəsində körpənin şəxsiyyəti müəyyənləşdirilib. Onun anası tapılaraq polis bölməsinə aparılıb.

"Hazırda hadisənin başvermə şəraiti müəyyənləşdirilir. Faktla bağlı istintaq aparılır", - deyə polisin xəbərində bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru