Huawei smartfonlarına Google xidmətləri göstərilməyəcək
2-09-2019, 10:43
Önümüzdəki ay Mate 30 və Mate 30 Pro-un yeni qabaqcıl smartfonları təqdim ediləcək, lakin bu cihazlarda artıq Android-in lisenziyalı versiyası quraşdırıla bilər.
TED.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət artıq Android və Google xidmətlərindən istifadə etmək hüququna malik deyil, çünki ABŞ hökuməti tərəfindən verilmiş müvəqqəti lisenziya yeni smartfonlara şamil edilmir.
Beləliklə, Amerika şirkətləri Huawei ilə işləmək hüququna malik deyillər. Çin şirkəti isə Android-in açıq kodlu versiyasından istifadə edə bilər. Lakin onlarda Google xidmətləri mövcud deyil və buna görə də Google Play mağazası, Gmail müştəri və Google axtarış sistemi, eləcə də bir sıra digər məşhur xidmətlər yoxdur.
Google-ın ABŞ səlahiyyətlilərinə Huawei-ə öz məhsullarını göndərməyə icazə verməsi üçün sorğu ünvanlayacağı istisna edilmir, lakin hələki belə bir sorğunun hazırlanıb-hazırlanmadığı məlum deyil.