İnsanı ağcaqanaddan tamamilə qoruyan geyim hazırlandı

3-09-2019, 08:37           
İnsanı ağcaqanaddan tamamilə qoruyan geyim hazırlandı
Braun Universitetinin alimləri tərəfindən qrafen oksid əsasında hazırlanmış geyim insanı ağcaqanadlardan tamamilə qoruyur. Həşəratlar insanı "hiss etmir".

Teleqraf.com xəbər verir ki, alimlər əvvəlcə insanı zəhərli kimyəvi preparatlardan qoruya bilən geyim üzərində işləyiblər. Amma məlum olub ki, qrafendən hazırlanmış parça, həmçinin insanı ağcaqanadlardan qoruyur.

Həmçinin həşəratların öz xortumu ilə qrafen geyimin ən nazik qatını deşə bilmədiyi məlum olub. Bundan başqa, parça hər iki istiqamətdə baryer rolunu oynayır: kimyəvi siqnalları buraxmır, nəticədə ağcaqanadlar insanı hiss etmir və ona yaxınlaşmırlar.

Lakin materialın çatışmazlığı da var: məlum olub ki, sözügedən geyim yalnız quru olduqda ağcaqanadlardan qoruyur. Belə ki, parça cüzi islanan kimi öz qoruyucu xüsusiyyətlərini itirib.

Braun Universitetinin alimlərinin yeni həlli sınaqlardan uğurla keçdiyi təqdirdə qlobal səhiyyə sisteminə müsbət təsir göstərə bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ağcaqanadlar hər il milyonlarla ölümə səbəb olur, çünki müxtəlif xəstəliklərin daşıyıcılarıdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru