Köçəryan işində şahid olan general intihar etdi

24-09-2019, 10:49           
Köçəryan işində şahid olan general intihar etdi
Ermənistan Polisinin keçmiş rəisi Ayk Arutyunyanın meyiti tapılıb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Polisinin mətbuat xidməti yayıb. Məlumata görə, Arutyunyanın meyiti öz malikanəsində dünən gecə saatlarında aşkar edilib. İlkin ehtimala görə, Arutyunyan intihar edib. Hadisə yerində odlu silah və giliz aşkarlanıb.

Qeyd edək ki, general-polkovnik Arutyunyan 1999-2003-cü illərdə Ermənistanın daxili işlər naziri, 2003-2008-ci illərdə Ermənistan Polisinin rəisi olub.

Onun adı 1 mart hadisələri ilə bağlı başladılan cinayət işində şahid kimi keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru