Tramp Əfqanıstan prezidentini Amerikaya dəvət etdi

22-11-2019, 08:37           
Tramp Əfqanıstan prezidentini Amerikaya dəvət etdi
ABŞ prezidenti Donald Tramp əfqanıstanlı həmkarı Əşraf Qanini ölkəsinə rəsmi səfərə dəvət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstan prezidentinin rəsmi nümayəndəsi Sedik Sediki özünün “Twitter” səhifəsində bildirib.

Onun sözlərinə görə, dəvət qəbul olunub.

Qeyd olunub ki, iki lider arasında baş tutan telefon danışığı zamanı Əfqanıstandakı mövcud vəziyyətin nizamlanması məsələsidə müzakirə olunub.

Bundan əlavə, Tramp, Əfqanıstanda Amerika Universitetindən olan iki professorun azad edilməsində etdiyi əməkdaşlığa görə Qaniyə təşəkkür edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru