Çexiyanın eks-prezidenti maskaya görə yenidən cərimələndi

29-01-2021, 06:52           
Çexiyanın eks-prezidenti maskaya görə yenidən cərimələndi
Çexiyanın keçmiş prezidenti Vatslav Klaus Praqanın gigiyena şöbəsi tərəfindən 10 min kron məbləğində (790 manat - red.) cərimə edilib.

Bu barədə "RİA Novosti" xəbər verir.

Qeyd olunub ki, sabiq prezident tədbirdə tibbi maskadan istifadə etməyib.

Xatırladaq ki, Vatslav Klaus ötən ilin noyabrın 17-də paytaxt Praqada keçirilən “Məxməri inqilab”ın 31-ci ildönümünə həsr edilən xatirə mərasimində polisin maska taxmaqla bağlı tələbini yerinə yetirməkdən imtina edib və 3 min kron (195 manat - red.) cərimələnib.

Çexiyanın ikinci prezidenti Vatslav Klaus 1941-ci ilin iyunun 19-da Praqada anadan olub. O, 2003-2013-cü illərdə Çexiya prezidenti olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru