15 erməni hərbçi tutuldu: mülki paltar geyinsələr də...

29-01-2021, 10:36           
15 erməni hərbçi tutuldu: mülki paltar geyinsələr də...
Ermənistan Müdafiə Nazirliyinin 15 hərbçisi əsir alınıblar. Onlar Laçın dəhlizindən keçərək Əsgəran rayonuna çatmaq üçün mülki paltar geyiniblər və bu minvalla guya "adi vətəndaş"lar olduqlarını göstərməyə çalışıblar.

Erməni bloqer Vardan Qukasyanın verdiyi məlumata görə, tutulan ermənilər Ermənistan Müdafiə Nazirliyinin hərbi xidmətə çağırdığı şəxslər olublar.

Ermənistanın Müdafiə Nazirliyi və habelə, erməni bloqerlər, Telegram-dakı erməni kanallar bu məlumatı "feyk" adlandırsalar da, Gorusda yaşayan ermənilər 15 erməni hərbçinin saxlandığını təsdiqləyiblər.

İrəvan-Gorus-Xankəndi marşrutunun Laçın rayonundan keçən hissəsi, yəni "Laçın dəhlizi" 6 kilometr uzunluğundadır.

Noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmaya görə, eni 5 km olan Laçın dəhlizi Ermənistanla qarabağlı ermənilər arasında nəqliyyat-kommunikasiya vasitəsi rolunu oynamalıdır.

"Laçın dəhlizi" Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin nəzarətindədir.

Şuşanın yanından keçən İrəvan-Xankəndi marşrutu müvəqqətidir. Yaxın 3 il ərzində yeni marşrut çəkilməli və Laçın şəhəri dəhliz üçün ayrılmış 5 kilometrlik zolaqda qalmaq "məcburiyyət"indən qurtulmalıdır.



Eyni zamanda, Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində Ermənistan Müdafiə Nazirliyinin istisnasız olaraq, bütün hərbçiləri son nəfərədək çıxarılmalıdır.

Bu, üçtərəfli anlaşmanın 4-cü bəndində nəzərdə tutulub.

Lakin Ermənistan anlaşmanın həmin bəndinə əməl etmir.

Qarabağda hələ də minlərlə erməni hərbçi var və onlar dislokasiya yerlərini dəyişməyiblər.

Ermənstanın Müdafiə Nazirliyi hələ də Qarabağda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərə hərbçilər yollayır, onları rotasiya edir.

15 erməni hərbçisinin də mülki paltarda tutulması buna dəlalət edir.milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru