Peyvənd olunanların dilindən kağız alınır? - TƏBİB-dən açıqlama

16-02-2021, 12:31           
Peyvənd olunanların dilindən kağız alınır? - TƏBİB-dən açıqlama
18 yanvarından etibarən Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesinə start verilib.

İlk olaraq tibb işçiləri peyvənd olunub. Ardınca isə risk qrupuna daxil olan digər şəxslərin vaksinasiya prosesi başlayıb. Hazırda peyvəndləmə prosesi davam edir və 50 yaşdan yuxarı olan şəxslərin vaksinasiyası başlayıb.

Qeyd edək ki, Azərbaycan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndindən istifadə edir. Peyvəndləmə prosesinə isə ölkədə birmənalı yanaşma yoxdur. Peyvəndin tərəfdarı olanlar da, əleyhinə çıxanlar da xeyli saydadır. Bugünlərdə isə daha bir məlumat yayılıb. İddia olunur ki, xəstəxanalarda peyvənd olunmaq istəyən şəxslərin dilindən razılıq kağızı alınır. Bu, peyvəndin yaradacağı təsirlərlə bağlı məsuliyyəti peyvənd olunan şəxsin üzərinə götürməsi deməkdir.

Qeyd edək ki, peyvəndin əks təsirinin olması ilə bağlı da müxtəlif iddialar var.

Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış Cebhe.info-ya açıqlamasında onlarda belə bir məlumatın olmadığını deyib:

“Peyvəndləmə prosesində rəsmi olaraq belə bir tələb irəli sürülməyib. Bizə belə bir məlumat daxil olmayıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.