Fələstinin Livandakı silahlı qruplaşmaları cümə axşamı silahlarını hakimiyyətə təhvil verməyə başlayacaqlar.
Bu barədə LBC telekanalı Livan-Fələstin Dialoq Komitəsinin rəhbəri Ramez Dimaşkiyə istinadən məlumat yayıb.
"Livan Beyrutdakı Burc əl-Bəracne düşərgəsindən başlayaraq düşərgələrdəki fələstinli qaçqınlardan silahların müsadirə edilməsi prosesinin birinci mərhələsinə başlayır", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu addım 2025-ci il mayın 21-də keçirilən Livan-Fələstin sammitinin nəticələrinin bir hissəsidir.