"Azərbaycan tərəfi sürətlə xəndəklər qazır və Sünikdə yeni mövqelər tutur" - ŞƏRH

6-03-2021, 07:38           
"Azərbaycan tərəfi sürətlə xəndəklər qazır və Sünikdə yeni mövqelər tutur" - ŞƏRH
“Ölkədəki və xüsusilə Sünikdəki vəziyyət narahatlıqları getdikcə artırır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” müxalifət fraksiyasının üzvü İveta Tonoyan parlamentdəki brifinqdə bildirib.

O deyib ki, Azərbaycan tərəfi sürətlə xəndəklər qazır və Sünikdə yeni mövqelər tutur. Bu faktı artıq hakimiyyət nümayəndələri də inkar etmirlər. Millət vəkili Sünikin qapılarının azərbaycanlılar üçün açıq olduğunu vurğulayıb.

Millət vəkili hakimiyyətin nə qədər zəif və qorxulu olduğunu önə çəkib.

Deputat qeyd edib ki, hökumətin 1 mart mitinqi dövlət və inzibati resurslardan istifadə ilə bağlı bütün rekordları qırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru