Gömrük generalı Vüsal Növruzovun bahalı maşın kolleksiyası - Bugatti, Ferrari,Pogani və nələr...
11-02-2016, 21:19
Son günlər məmurlar və onların övladlarının dəbdəbəli həyat tərzi ilə bağlı yazılar ölkə mediasının baş manşetinə çevrilib.teref.az yazır ki, Ajantv.com xəbər verir ki, bir çox hallarda yüksəkçinli vəzifə sahibiləri, heç də ərkəsöyün məmur övladlarından geri qalmır. Və onlar dəyəri milyonları keçən avtomobil kolleksiyalarını, tikdirdikləri villaların qarajlarında saxlayırlar. Belə, məmurlar arasında ilk yerləri tutan FH-nin vəzifəli şəxsləri və ya fövqəlnazirin himayəsində olan yüksəkçinli monopolistlərdir. Elə, bizimdə söhbət açacağımız məmur şəxs də bu qəbildəndir.
Hökümətdəki qaynaqlardan ötrülən məlumata görə, həyat tərzini qumarxanalarda və dəbdəbəli məkanlarda keçirən, Kamaləddin Heydərovun ailə biznesini belə idarə edən general Vüsal Novruzov da avtomobil kolleksiyası ilə məşğul olan məmur-oliqarxlar sırasındadı. Beləki, mənbənin iddiasına görə, generalın nə az, nə çox 72 ədəd bahalı, son model avtomobilləri var ki, onlardan özünə kolleksiya düzəldib.
Bu avtomobillərin sırasında:
"Aston Martin One-77" – qiyməti 1 milyon 700 min dollar
"Bugatti Veyron" avtomobilin qiyməti 2,6 milyon dollar
Koenigsegg Agera – Qiyməti: $1.5 Milyon
Ferrari F70 – Qiyməti: $870,000
Rolls-Royce Phantom Drophead Coupe – Qiyməti: $ 447,000
MERCEDES S600 MAYBACH -Qiyməti: eur 265,550
.
Və sairə. Bu sıralamanı daha çox artırmaq mümkündür. Məlumta görə, Vüsal Növruzovun sahib olduğu, milyonluq avtomobillər, dövlətə kələk gələrək, həm gömrükdən yığdığı, həm də afşar pullardan əldə etdiyi sərvət hesab etmək olar. Olkəni bu ağır günündə, bahalaşma və devalvasiyanın diktə etdiyi günümüzdə belə vəzifə sahiblərinin oliqraxa çevrilib höküm sahibi olması, hazırki iqtidara təhtiddən başqa bir anlam daşımır. Çünki ölkə başçısının son vaxtlar bu kimi məmurlara və övladlarına yönəlik sərt tənqidlərindən də görünür hələ bir çoxları nəticə çıxarmağa tələsmir. Redaksiyanın apardığı araşdırmalar zamanı oda məlum olub ki, belə məmurlar ölkədə yüzlərlədi. Görünən odur ki, bahalaşma və devalvasiyadan yaranan məmurlar sırasında Vüsal Novruzovda var....
Qeyd edək ki, gömrük genaralının bahalı son model avtomobilləri arasında - Lanbargini, Fort, Bugatti, Ferrari, Posher, Audi, Mersedess, Pogani və digər çeşidli maşınlar yer alır. Mənbənin iddiasına görə, həmin bahalı avtomobillərdən birini cənab Növruzov, nazirlərimizdən birinin oğluna hədiyyə edib....
Onuda bildirək ki, yazıyla bağlı sayta haker hücumu təşkil edilərsə, Prezidentə, Milli Təhlükəsizlik Xidmətinə və Baş Prokurorluğa müraciət ediləcək....
ARDI VAR
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq.
Tumar
teref.az