"Tibbi xidmətlər üçün regionlardan şəhərə axın azalıb"

24-12-2021, 00:08           
"Tibbi xidmətlər üçün regionlardan şəhərə axın azalıb"
“İcbari tibbi sığorta artıq bütün ölkəni əhatə edir”. Bunu bü gün Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə keçirilən ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırki vəziyyət və gələcək planlar barədə dinləmədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov bildirib.

V.Qurbanovun sözlərinə görə, layihənin əsas məqsədi tibb müəssisələrində sərbəstliyi təmin etməkdir: “Bu istiqamətdə müvafiq tədbirlər təşkil edilib. İcbari tibbi sığortanın tətbiqi sayəsində tibbi xidmətlər üçün regionlardan şəhərə əhalinin axını azalıb. Bu, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində olan şəraitin, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırıldığını göstərir. İcbari tibbi sığorta üzrə göstərilən xidmətlərin növlərinin və keyfiyyətinin artırılması əhali üçün çox faydalı olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.