“Yeni preparatlar 2022-ci ildə COVID-19-a qarşı mübarizəni asanlaşdıracaq” - ÜST

27-12-2021, 11:42           
“Yeni preparatlar 2022-ci ildə COVID-19-a qarşı mübarizəni asanlaşdıracaq” - ÜST
Gələn il COVID-19-a qarşı yeni preparatlar virusa yoluxmuş və xəstəliyi ağır keçirən şəxslərin sağ qalmaq şanslarını artıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib.

H.Klüge qeyd edib ki, gələcək nəsil vaksinlər yaranacaq yeni ştamlara qarşı daha effektiv olacaq.

“Öncəgörücülük edə bilmərəm, amma nəzərə almaq lazımdır ki, hazırkı vaksinlər COVID-19-a qarşı birinci nəsil vaksinlərdir. Gələcək vaksinlər üzərində iş aparılacaq. Onlar koronavirusun yeni meydana gələn ştamlarına uyğunlaşdırılacaq və daha effektiv olacaq. Bu, demək olar ki, hər il yeni ştamlara uyğunlaşdırılan qrip əleyhinə vaksinlərə bənzəyəcək”, - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru