Ukrayna Ordusunda müharibə başlayan günə nisbətdə tank sayı çoxalıb - 118 rus tankı ələ keçirdibləır

25-03-2022, 18:40           
Ukrayna Ordusunda müharibə başlayan günə nisbətdə tank sayı çoxalıb - 118 rus tankı ələ keçirdibləır
Ukrayna Ordusunda müharibə başlayan günə nisbətdə tank sayı çoxalıb.

Ukrayna Ordusunda müharibə başlayan günə nisbətdə tank sayı çoxalıb.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı “Forbes” dərgisi məlumat yayıb.

Xəbərdə hərbi mütəxəssislərə istinadla bildirilir ki, Ukrayna Ordusu özünün tank potensialını Rusiya əsgərlərinin döyüşlərdəki məğlubiyyət, fərarilik, yaxud da yanacaq çatışmazlığı səbəbindən qoyub qaçdığı tanklar hesabına xeyli artırıb. Belə ki, fevralın 24-dən bu günə kimi 118 rus tankının ələ keçirildiyi məlumdur. Həmin müddətdə Ukrayna Ordusunun itkiləri 74 tankdan ibarət olub. Beləlikə də Ordunun ixtiyarındakı tankların sayı 44 ədəd artıb.

Rusiya ordusunun ümumilikdə 274 tank itirdiyi məlumdur. O da qeyd olunur ki, Ukrayna tərəfi 118 rus tankını “diri” ələ keçirdiyi halda, Rusiya ordusunda bu göstərici cəmi 37-dir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru