Polşanın Baş naziri: “Rusiya vətəndaşlarına viza verilməsin”

26-03-2022, 09:04           
Polşanın Baş naziri: “Rusiya vətəndaşlarına viza verilməsin”
Polşanın Baş naziri Mateuş Moravetski Avropa İttifaqına səfər etmək istəyən bütün Rusiya vətəndaşlarına vizaların verilməsini dayandırmağı təklif edib.

M. Moravetski bu təkliflə Avropa İttifaqının sammitində çıxış edib.

Bundan əvvəl xarici işlər naziri Eva-Mariya Liimet ölkə hakimiyyətinin Rusiya vətəndaşlarına viza verilməsini müvəqqəti dayandırmaq qərarına gəldiyini bildirib.

“Qoy bütün rusiyalılar Rusiya ordusunun Ukraynada hansı dəhşətli cinayətlər törətdiyini başa düşsünlər” – deyə Polşanın Baş naziri çıxışını tamamlayıb.

Mənbə: Ura.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru