Talibandan yeni QADAĞA: “Kişilər və qadınlar fərqli günlərdə parka gedə bilərlər”

27-03-2022, 12:55           
Talibandan yeni QADAĞA: “Kişilər və qadınlar fərqli günlərdə parka gedə bilərlər”
“Taliban” hökuməti qadın və kişilərin eyni vaxtda parklarda olmalarının qarşısını almaq üçün onların ayrılıqda həmin yerlərdə gəzə biləcəyi həftənin günlərini müəyyən edib.

Manset.az “Aamaj News”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fəzilətin Təşviqi və Əxlaqsızlığın Arındırılması Nazirliyi məlumat yayıb.

“Qadınlar istirahət və əyləncə yerlərini bazar, bazar ertəsi və çərşənbə axşamı günləri ziyarət edə bilər, kişilər üçün isə çərşənbə, cümə axşamı, cümə və şənbə günləri ayrılıb”, - “Taliban” bildirib.

Fərmana əsasən, qadınlar hicab taxmaq qaydasına riayət etməklə bu günlərdə parklarda əylənə bilərlər.

Eyni zamanda nazirlik ictimai istirahət yerlərini ziyarət edəcək “Taliban” tərəfdarlarına “hərbi geyimdə olmamağı və silah daşımamağı” tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru