Rusiyaya məlumat ötürən politoloq Kiyevdə saxlanılıb

27-03-2022, 21:54           
Rusiyaya məlumat ötürən politoloq Kiyevdə saxlanılıb
“Rusiyanın təbliğat kanallarında tez-tez çıxış edən rusiyapərəst politoloq Mixail Poqrebinski Kiyevdə saxlanılıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ukraynalı jurnalist Andrey Tsaplienko məlumat yayıb.
Mixail Poqrebinski dövlətə xəyanətdə və qanunsuz varlanmada şübhəli bilinir.
Qeyd olunur ki, martın 26-da hüquq-mühafizə orqanları Poqrebinskinin Kiyevdəki mənzilində axtarış aparıb. Müstəntiqlər bildiriblər ki, Poqrebinskinin rəhbərlik etdiyi Kiyev Siyasi Tədqiqatlar və Konfliktologiya Mərkəzi davamlı olaraq Ukrayna cəmiyyətinin əhval-ruhiyyəsini öyrənir və alınan məlumatlar Ukrayna ilə bağlı siyasətin planlaşdırılması üçün Rusiya rəhbərliyinə ötürülür. Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, “Poqrebinski Ukraynaya qarşı xüsusi informasiya əməliyyatları ilə bağlı Rusiya Federasiyasına məsləhətlər hazırlayıb göndərib”. Həmçinin bildirilib ki, Poqrebinskidə aparılan axtarışlar zamanı “ukraynalıların guya 46%-nin Rusiya prezidenti Vladimir Putini dəstəkləməsi” ilə bağlı sorğuların nəticələri üzə çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru