Çernobılda on min hektardan çox meşə sahəsi yanır: Qlobal ekoloji fəlakət yaşana bilər

27-03-2022, 21:56           
Çernobılda on min hektardan çox meşə sahəsi yanır: Qlobal ekoloji fəlakət yaşana bilər
Çernobıl zonasında on min hektardan çox meşə sahəsi yanır. Yanğının söndürülməsi mümkün olmadığından Ukrayna, Belarus və Avropa ölkələri üçün radiasiya ilə çirklənmə təhlükəsi var.

Bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat verib.

O qeyd edib ki, hazırda təcrid zonası rusiyalı hərbçilərin nəzarətindədir. Bu səbəbdən də yanğını söndürmək mümkün deyil.

Denisovanın sözlərinə görə, külək səbəbindən yanğının sahəsi daim artır. Həmçinin, külək vasitəsilə uzaq məsafələrə daşınan radionuklidlər atmosferə səpələnir ki, bu da Ukrayna, Belarus və Avropa ölkələrini radiasiya ilə təhdid edir. Bundan əlavə, yaxın zamanda yanğın Çernobıl zonası ərazisində yerləşən işlənmiş nüvə yanacağı və nüvə tullantıları üçün anbarlara da çata bilər.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru