Gürcüstan küçədə qoruyucu maska ​​taxmaq məcburiyyətini ləğv edir

28-03-2022, 09:39           
Gürcüstan küçədə qoruyucu maska ​​taxmaq məcburiyyətini ləğv edir
Gürcüstanda pandemiya ilə əlaqədar küçədə qoruyucu maskalardan məcburi istifadə bu gündən ləğv olunub.

"Report" xəbər verir ki, bununla bağlı qərar respublikanın Baş naziri yanında Koronavirusla Mübarizə üzrə Əlaqələndirmə Şurası tərəfindən əlverişli epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub.

Bununla belə, qapalı yerlərdə, eləcə də ictimai nəqliyyatda qoruyucu maskaların taxılması məcburi olaraq davam edəcək. Qaydaların pozulmasına görə vətəndaşlar 20 lari (6 ABŞ dollarından çox) məbləğində cərimə olunacaqlar.

Xatırladaq ki, Gürcüstanda 2020-ci ilin fevralında koronavirusa ilk yoluxma halının aşkarlanmasından sonra respublika sakinləri qoruyucu maska ​​taxmağa başlayıblar. Əvvəlcə maskaların taxılması yalnız qapalı məkanlarda və ictimai nəqliyyatda məcburi idisə, sonra bu qayda küçədə hərəkət edən insanlara da şamil olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru