Rusiya yenidən "Kalibr"lərlə vurdu
29-03-2022, 08:47

Rusiya Silahlı Qüvvələri “Kalibr” raketləri ilə Ukraynanın Jitomir vilayətindəki silah-sursat anbarlarına zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.
“Jitomir vilayətinin Uşomir və Veselovka kəndlərindəki iri sursat anbarları dəniz bazalı yüksək dəqiqliki “Kalibr” raketləri ilə məhv edilib”, - deyə Konaşenkov bildirib.
Onun sözlərinə görə, həmin sursat anbarları Kiyev ətrafındakı ukraynalı hərbçiləri təminatında mühüm rol oynayırdı.
General-mayor əlavə edib ki, rus qoşunları sutka ərzində 41 hərbi obyekti, o cümlədən iki reaktiv yaylım atəşi sistemi, bir elektron döyüş stansiyası, 24 dayaq məntəqəsi və hərbi texnikanın cəmləşdiyi ərazini vurub.
Bundan əlavə, sözçü Rusiyanın aviasiya və hava hücumundan müdafiə sistemlərinin Ukrayna Hərbi Hava Qüvvələrinin daha üç təyyarəsini vurduğunu açıqlayıb:
“Jitomir vilayətinin Korosten şəhərinin qərbində iki Su-24 və Donetsk vilayətində Drujkovka üzərində Su-25...”.