Azərbaycanın generalı Ermənistana XƏBƏRDARLIQ ETDİ

29-03-2022, 12:37           
Azərbaycanın generalı Ermənistana XƏBƏRDARLIQ ETDİ
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, “Zəfər” ordenli general-leytenant Fuad Rəsulov Ermənistana xəbərdarlıq edib.

"Report"un xəbərinə görə, o, İctimai televiziyanın efirində yayımlanan "Görünməyən qəhrəmanlar - DTX" adlı sənədli filmdə
Ermənistan rəhbərliyinə üzünü tutaraq qeyd edib:

"Azərbaycanın, Azərbaycan Ordusunun gücünü siz hiss etdiniz. 44 gün ərzində ölkə başçısının ətrafında xalqın, ordunun necə birləşdiyini, vahid qüvvə olduğunu siz hiss etdiniz. Hesab edirəm ki, bugünkü gündə hər hansı bir hərbi əməliyyatların keçirilməsi, hər hansı bir revanşist ideyalardan çəkinməlisiniz. Unutmalı deyilsiniz ki, "Dəmir yumruq" hələ də öz işini görür və görə bilər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru