ABŞ-da koronavirusun "gizli omikron" ştamı dominantlıq edir

30-03-2022, 10:24           
ABŞ-da koronavirusun "gizli omikron" ştamı dominantlıq edir
Hazırda ABŞ-da koronavirusun "omikron BA.2" versiyası və ya "gizli omikron" ştamı dominantlıq edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzlərinin (CDC) məlumatları sübut edir.

Məlumata görə, ştamın bu versiyası son həftə ərzində bütün infeksiyaların 54,9%-ni təşkil edib. Digər 40,4% hallarda "BA 1.1" ştamının fərqli versiyası aşkar edilib. Martın 20-dən 26-a qədər ABŞ-da "delta" ştamı ilə yoluxma halları qeydə alınmayıb.

"Gizli omikron" ABŞ-ın şərqində üstünlük təşkil edir, burada ştam infeksiyaların 70%-dən çoxunu təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru