Avropada qazın qiyməti min kubmetr üçün 1340 dolları ötüb

31-03-2022, 00:02           
Avropada qazın qiyməti min kubmetr üçün 1340 dolları ötüb
London ICE birjasının məlumatına görə, Avropada qazın qiyməti 9% artaraq, hər min kubmetr üçün 1340 dollardan bir qədər yuxarı səviyyəyə çatıb.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, TTF indeksi üzrə aprel fyuçerslərinin dəyəri ticarət sessiyasının açılışında min kubmetr üçün 1250 dolları bir qədər ötüb.
Ətraflı

Sonra kotirovkalarda minimum qiymət 1231,9 dollara düşüb. Dəyişkən başlanğıcdan sonra qiymət 1416,1 dollara çatıb.

Ticarətin ikinci yarısında kotirovkalar təxminən 1330-1370 dollar arasında olub. Nəticədə bağlanış qiyməti hər min kubmetr üçün 1342,1 dollar təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru