Almaniya Ukraynaya 300 milyonluq silah göndərəcək

31-03-2022, 00:04           
Almaniya Ukraynaya 300 milyonluq silah göndərəcək
Almaniya Ukraynaya 300 milyon avro dəyərində silah və texnika göndərməyə hazırlaşır. Bu barədə Almaniyanın “Zeitung” qəzeti məlumat yayıb.

Bildirilib ki, göndəriləcək silahlar ordu inventarından olmayacaq, yeni istehsal edilmiş silahlar olacaq. Siyahıda əsasən tank əleyhinə, pilotsuz uçuş aparatları və minaatanlardan ibarət bir sıra texnikanın da olduğu, lakin təhlükəsizlik şurasının bunu təsdiqləmək üçün gizli iclasda qərar verməli olduğu bildirilib.

Qeyd edilib ki, göndəriləcək silahlar arasında 2650 Matador tipli bazuka və 18 kəşfiyyat təyyarəsi, o cümlədən, minaatan, pulemyot, 3000 dəst gecəgörmə cihazı, minlərlə qoruyucu jilet və dəbilqə, zirehli yolsuzluq avtomobilləri, hava və 8 yerüstü müşahidə radar cihazı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru