“Taliban” qadınlara kişilərin müşayiəti olmadan təyyarədə uçmağı qadağan edib

1-04-2022, 09:25           
“Taliban” qadınlara kişilərin müşayiəti olmadan təyyarədə uçmağı qadağan edib
“Taliban” Əfqanıstan aviaşirkətlərinə qadınların kişi qohumu olmadan uçmalarını qadağan etməyi əmr edib.

Bu barədə “France 24” məlumat yayıb.

“Qadınların kişi qohumu olmadan nə daxili, nə də beynəlxalq reyslərdə uçmasına icazə verilir”, - deyə “Ariana Afghan Airlines”ın işçilərinə yazdığı məktubda bildirilir.

“Kam Air” da “Taliban”dan eyni göstərişi alıb.

Anonim mənbələr “Reuters”ə bildiriblər ki, yeni məhdudiyyətlərin tətbiqi ilə aviabilet almış əfqan qadınlar uçuşa buraxılmırlar.

Sərəncamın xarici ölkə vətəndaşlarına aid olub-olmadığı bəlli deyil, lakin “France 24” telekanalının məlumatına görə, keçən həftə ABŞ pasportu olan bir əfqan qadının uçmasına icazə verilməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru