Baydeni mükafatlandırmağa hazıram! - Kadırov

1-04-2022, 09:58           
Baydeni mükafatlandırmağa hazıram! - Kadırov
Biz Baydendən “Javelin”lərin tədarükünü artırmasını tələb edirik. Mən qocanı Rusiyanın xüsusi əməliyyatına göstərdiyi fəal köməyə görə şəxsən mükafatlandırmağa hazıram.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Çeçenistan rəhbəri Ramzan Kadırov çıxış edib.

O qeyd edib ki, çeçen döyüşçüləri 24/7 Mariupolda “banderaçı və millətçi şər ruhları” axtarıb məhv etməklə məşğuldur:

“Döyüşçülərimizi müasir Amerika silahları ilə təmin edən cənab Bayden onların işini çox asanlaşdırır. Uşaqlar xüsusilə ikiqat effektivliyə malik “Javelin MANPADS”ə aşiq oldular. Bu dəyərli kuboku verməmək üçün adətən “millətçilər” 2-3 can verirlər. Və sonra döyüşçülərimiz "Javelin"lərlə "banderaçıların" bütün heyətini məhv edirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru